İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş  müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən  tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verdi.

 

Nazirlər Kabinetinin

Mətbuat xidməti