Abutalıbov Hacıbala İbrahim oğlu

 Doğulduğu tarix və yer: 13 may 1944 il

 Təhsili:  ali, fizika-riyaziyyat elmləri doktoru, professor

  Bitirdiyi təhsil müəssisəsinin adı:  Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat  fakültəsi

  1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri)  A.F.İoffe adına Leninqrad (indiki RF-nın Sankt-Peterburq şəhəri) Fizika-Texnika İnstitutunun aspiranturasına daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Evqeniy Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin İnstitutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. 

Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. Keçmiş SSRİ məkanında ilk dəfə öz müəllifliyi ilə Amerikanın nüfuzlu “FizRev” jurnalında böyük həcmli monoqrafiya çap etdirmişdir. “FizRev” jurnalı redaksiyasına  elmi dərəcə almaq üçün təqdim edilən namizədlik və doktorluq dissertasiyalarının müəlliflik hüququna rəylərin verilməsi üzrə kollegiyanın üzvüdür. İlk dəfə laylı yarımkeçiricilərin paramaqnit xassələri və təmiz paramaqnitlərə məxsus klassik rezonans tipli dalğavari rəqslərin əsl göstəricilərini kəşf etmişdir.  H.İ. Abutalıbovun rəhbərliyi altında 15-dən çox elmlər doktoru və elmlər namizədi yetişmişdir.

Əmək fəaliyyəti:

1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının  Fizika  İnstitutunda “Yarımkeçirici-lərin kvant elektronikası”  laboratoriyasının müdiri,  1995-2014-cü illərdə  0.5 ştatla  həmin laboratoriyanın müdiri;

 16.02.1995-17.01.2000,  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı.

1999-cu il  iyulun 20-də    “Suraxanı Rayon İcra Hakimiyyətinin  müsbət  iş  təcrübəsinin yayılması  haqqında”  Azərbaycan  Respublikasının  Prezidenti  191 nömrəli  Sərəncam imzalamışdır.

17.01.2000-30.01.2001,  Azərbaycan Respublikası Baş nazirinin müavini;

30.01.2001-21.04.2018,  Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı;

21.04.2018   h/h              Azərbaycan Respublikası Baş nazirinin müavini.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür, ailəlidir, iki övladı var.

Təltifləri: "Şərəf” ordeni (2014).