Əli Şamil oğlu Həsənov

   Doğulduğu tarix və yer:  10.04.1948, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi

  Təhsili:  ali 

  Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Neft və Kimya İnstitutu, Bakı Ali Partiya Məktəbi

   Əmək fəaliyyəti:

  04.08.1969-30.05.1978, Sumqayıt Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsi, usta, iş icraçısı, böyük iş icraçısı, sahə rəisi, baş mühəndis;

  30.05.1978-21.01.1980, SSRİ Kimya Nazirliyinin Sumqayıt "Kimyasənaye" Birliyi, əsaslı tikinti üzrə baş direktorun müavini,  "Üzvisintez" İstehsalat Birliyi, əsaslı tikinti üzrə baş direktorun müavini;                             

21.01.1980-19.12.1980, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, birinci müavini;

12.12.1980-17.12.1983, Azərbaycan KP Sumqayıt Şəhər Komitəsi, ikinci katib;

18.12.1983-27.08.1992, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini;

14.01.1993-05.01.1996, "Azərikimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini;

13.02.1996-01.11.2000, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;

27.10.1997-23.05.2001, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri, 18.11.1998-ci ildən sədrin səlahiyyətlərini icra edən;

18.11.1998-21.04.2018  Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri;

21.04.2018  - h/h,  Azərbaycan Respublikası Baş nazirinin müavini.

1990-1995-ci illərdə  Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.                         

2013-cü ildən Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.

Təltifləri: "Şöhrət” ordeni (2008), 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2018)