Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana  işgüzar səfəri başa çatıb

 

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 16-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstanın Baş naziri Boyko Borisovu hava limanında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.

 

AZƏRTAC