Hörmətli istifadəçi! 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet sayt vasitəsilə elektron formada göndərilmiş müraciətlər Nazirlər Kabineti Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müraciətlərin və vətəndaşların qəbulu sektoruna  daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun  tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.

 Müraciətin mətnində təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

Diqqətli olmağınız Sizdən xahiş olunur! (* - vacib sahələr)