Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərbaycan qəzeti Azərtag

"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında

30.10.2011

AZƏRBAYCAN RESPUBLIKASI

NAZIRLƏR KABINETI

 QƏRAR

 № 178

 Bakı şəhəri, 31 oktyabr 2011-ci il

"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında

  "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2009 - cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (əlavə olunur).

2. "Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatorunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 iyun tarixli 96 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 380) 1-ci bəndi ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə