Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əlavələr və dəyişiklik edilməsi barədə

20.04.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 71

 Bakı şəhəri, 20 aprel 2010-cu il

 "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əlavələr və dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 548; 2003-cü il, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004-cü il, № 5, maddə 379; 2005-ci il, № 9, maddə 853; 2007-ci il, № 2, maddə 191; 2008-ci il, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. həmin qərarın 1 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın Göygöl rayonuna aid olan hissəsinə "Göygöl qəsəbəsi" sözlərindən sonra "Sarısu kəndi" sözləri əlavə edilsin;

1.2. həmin qərarın 2 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın Quba rayonuna aid olan hissəsinə "Xaşı kəndi" sözlərindən sonra "Xaltan kəndi" sözləri, Lerik rayonuna aid olan hissəsinə "Xanəgah kəndinin yuxarı hissəsi" sözlərindən sonra "Qələbin kəndinin yeni tikilən yuxarı hissəsi" sözləri, Göygöl rayonuna aid olan hissəsinə "Toğanlı k." sözlərindən sonra "Qarabulaq kəndi" sözləri əlavə edilsin və həmin hissədən "Sarısu kəndi" sözləri çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri      A.Rasi-zadə