AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 46
Bakı şəhəri, 9 mart 2010-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 717 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 263; 2007-ci il, № 2, maddə 192) ilə təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqlarının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın 5-ci bəndindən "və ya bank olmayan kredit təşkilatında" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 noyabr tarixli 221 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1077; 2007-ci il, № 2, maddə 192) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin satılması Qaydaları"nın 5-ci bəndinin birinci abzasından "və ya bank olmayan kredit təşkilatında" sözləri çıxarılsın və həmin Qaydalara əlavə - "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin müddətli ödənişlə satılması Müqaviləsi (nümunə)"nin 2.1-ci bəndində "bank və ya bank olmayan kredit təşkilatının" sözləri "bankın" sözü ilə əvəz edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə