Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə

06.03.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

45

Bakı şəhəri, 6 mart 2010-cu il

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə

 Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilsin.

2. "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, Azərbaycan Respublikasında istehsal edilən, habelə yanacaq-doldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirsinlər və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri   A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010–cu il  6 mart tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə


TƏDBİRLƏR  PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

1

2

3

4

  1.

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanması və təsdiq edilməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, 

Sənaye və Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Neft Şirkəti

mart

2010-cu il

 

  2.

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanması və təsdiq edilməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi

aprel

2010-cu il

 

  3.

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair Avro-3 və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti

2010-cu ilin birinci yarımilliyi

  4.

Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydanın layihəsinin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi

 

2010-cu ilin birinci yarımilliyi