Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

01.03.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

44

 Bakı şəhəri, 1 mart 2010-cu il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında ixtiraların, sənaye nümunələrinin və mal nişanlarının dövlət qeydiyyatına alınması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 avqust tarixli 471 nömrəli qərarının 5-ci bəndi çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 119; 2002-ci il, № 3, maddə 148; 2004-cü il, № 3, maddə 193; 2009-cu il, № 1, maddə 32, № 9, maddə 752) ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"1.4. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz.";

2.2. 2.1-ci bəndin birinci və üçüncü cümlələrində, 3.1-ci bəndin ikinci və üçüncü abzaslarında və 5.1-ci bəndin üçüncü abzasında ismin müvafiq hallarında "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici" sözləri ilə əvəz edilsin;

2.3. 6.1-ci bəndin ikinci abzasında "sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və s.)" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin" sözləri ilə əvəz edilsin;

2.4. 6.3-cü bənddən və 6.4-cü bəndin ikinci abzasından "obyektləri" sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 9, maddə 681; 2002-ci il, № 3, maddə 148; 2004-cü il, № 3, maddə 193; 2009-cu il, № 1, maddə 32, № 9, maddə 752) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"nin 1.1-ci bəndində "Komissiyadır" sözü "Şuradır" sözü ilə və 7.8-ci bəndində "komissiya" sözü "şura" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 645; 2005-ci il, № 2, maddə 122, № 3, maddə 250; 2007-ci il, № 1, maddə 47; 2008-ci il, № 4, maddə 316) ilə təsdiq edilmiş "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"nın "Forma 9 - Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə Müqavilə"nin 2-ci bəndinin üçüncü abzasında "sənaye mülkiyyəti obyektlərindən" sözləri "kəşflərdən və ixtiradan" sözləri ilə əvəz edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri   A.Rasi-zadə