Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə

24.02.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 43

Bakı şəhəri, 24 fevral 2010-cu il

 "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə

 "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.   

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 fevral tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki

Sıra №-si

 

İri dövlət vergi ödəyicilərinin adı

Monitorinqin başlandığı ay

2010-cu ilin müvafiq dövrləri üzrə monitorinqin əhatə edəcəyi dövr

1.

“Azərbaycan Hava Yolları”

QSC

aprel

I rüb

2.

“Azərenerji” SC

may

I rüb

3.

“Azərsu” SC

may

I rüb

4.

“Bakıelektrikşəbəkə” SC

iyul

birinci yarımil

5.

Dövlət Xəzər Dəniz Gəmiçiliyi

sentyabr

birinci yarımil

6.

Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyi

oktyabr

9 ay

7.

Bakı Metropoliteni

oktyabr

9 ay

8.

Dövlət Neft Şirkəti

noyabr

9 ay

9.

“Azərbaycan Dəmir Yolları”

QSC

noyabr

9 ay

10.

“Azərikimya” DŞ

dekabr

9 ay