AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 30
Bakı şəhəri, 8 fevral 2010-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda və "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 657 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 785; 2009-cu il, № 2, maddə 151) ilə təsdiq edilmiş "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nın 2.2-ci bəndində "Xüsusi" sözü "Müəlliflik hüququ və ya xüsusi" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə