AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 29
Bakı şəhəri, 8 fevral 2010-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə təsdiq edilmiş «Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları»nda dəyişiklik edilməsi barədə
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununa və «Atçılıq haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 192 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1151; 2008-ci il, № 1, maddə 39; 2009-cu il, №1, maddə 34) ilə təsdiq edilmiş «Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4.5-ci bəndində «şəxsləri uçota götürmək» sözləri «şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq» sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə