Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

02.02.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

26

 Bakı şəhəri, 2 fevral 2010-cu il

 "Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 643 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 392; 2008-ci il, № 1, maddə 39, № 2, maddə 116, № 5, maddə 448, № 7, maddə 673) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ-texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bənddə "qeydə alınma vəsiqəsinə" sözləri "qeydiyyat şəhadətnaməsinə" sözləri ilə əvəz edilsin;

1.2. 2.7-ci bənddə, 8.2-ci bəndin ikinci cümləsində, 8.10-cu bənddə, 11.3.5-ci yarımbənddə "vəsiqə" sözü "qeydiyyat şəhadətnaməsi" sözləri ilə əvəz edilsin;

1.3. 2.8-ci və 4.8-ci bəndlərdə ismin müvafiq hallarında "qeydəalma vəsiqəsi" sözləri ismin müvafiq hallarında "qeydiyyat şəhadətnaməsi" sözləri ilə əvəz edilsin;

1.4. 4.5-ci bəndin ikinci abzasında və 11.3.4-cü yarımbənddə "qeydiyyat vəsiqəsinin" sözləri "qeydiyyat şəhadətnaməsinin" sözləri ilə əvəz edilsin;

1.5. 8.3-cü, 8.5-ci, 8.6-cı bəndlərdə, 10.2-ci bəndin üçüncü cümləsində "Qeydəalma vəsiqəsi" sözləri "Qeydiyyat şəhadətnaməsi" sözləri ilə, 8.8-ci bəndin birinci cümləsində "Qeydəalma vəsiqəsinin" sözləri "Qeydiyyat şəhadətnaməsinin" sözləri ilə əvəz edilsin;

1.6. 8.4-cü və 8.7-ci bəndlərdə "qeydəalma vəsiqələri" sözləri "qeydiyyat şəhadətnamələri" sözləri ilə əvəz edilsin;

1.7. 9.3-cü bənddə və 11.6-cı bəndin altıncı abzasında "vəsiqə" sözü "qeydiyyat şəhadətnaməsinin" sözləri ilə əvəz edilsin;

1.8. həmin Qaydalara 1 nömrəli əlavə - "Baytarlıq preparatının Azərbaycan Respublikasında qeydiyyata alınması barədə Ərizə"nin 3.1-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında "qeydəalma vəsiqəsi" sözləri ismin müvafiq hallarında "qeydiyyat şəhadətnaməsi" sözləri ilə əvəz edilsin;

1.9. həmin Qaydalara 3 nömrəli əlavə - "Xaricdə istehsal edilmiş və əvvəllər respublikada tətbiq olunmuş bioloji preparatların respublikada qeydiyyata alınması üçün tələb olunan sənədlər"in üçüncü abzasında "vəsiqələrin" sözü "qeydiyyat şəhadətnamələrinin" sözləri ilə əvəz edilsin;

1.10. həmin Qaydalara 6 nömrəli əlavə - "Qeyri-məhsuldar heyvanlar üçün yemlərin qeydiyyata alınması məqsədi ilə təqdim olunan sənədlərə tələblər"in dördüncü abzasında "qeydəalma vəsiqələrinin" sözləri "qeydiyyat şəhadətnamələrinin" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə