Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

03.11.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 476

Bakı şəhəri, 3 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662; 2005, № 2, maddə 134; 2006, № 3, maddə 299; 2009, № 2, maddə 157, № 10, maddə 853; 2012, № 3, maddə 252; 2014, № 6, maddə 747, № 8, maddə 1023; 2016, № 5, maddə 962, № 10, maddə 1709; 2017, № 3, maddə 487) ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 1.6-cı bəndlərə "Hökumət Ödəniş Portalının" sözlərindən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin "ASAN ödəniş" sisteminin ödəniş barədə" sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə "Hökumət Ödəniş Portalının" sözlərindən sonra ", "ASAN ödəniş" sisteminin ödəniş barədə" sözləri, "Mərkəzi Bankı" sözlərindən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə