Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilməsi barədə

03.11.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 474

Bakı şəhəri, 3 noyabr 2017-ci il

"Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 Kollegiyanın sədri

Şahbazov Pərviz Oqtay oğlu -- Azərbaycan Respublikasının energetika naziri

 Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu -- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq  Balaş oğlu -- Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar  Hüseyn oğlu -- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim  Hümbət oğlu -- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri

Nağıyev Fazil Mirağa oğlu -- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı -- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

Hüseynov Cəfər  Əlisəf oğlu -- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

Sadıqov Hacıqulu  Rəvan oğlu -- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi".

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə