Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

27.10.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 472

Bakı şəhəri, 27 oktyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 yanvar tarixli 2596 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.20-ci bəndin birinci cümləsindən ", bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqla" sözləri çıxarılsın.

2. 5.21-ci bənd üzrə:

2.1.  birinci abzasdan ", bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqla" və "(məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla)" sözləri çıxarılsın;

2.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

"Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, habelə bu Qaydaların 5.44-cü bəndində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.".

3. 5.42-ci bənd üzrə:

3.1. üçüncü abzas ləğv edilsin;

3.2. dördüncü abzasdan ", yuxarıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla, " sözləri çıxarılsın;

3.3. altıncı abzasa "üzrə" sözündən sonra "hesabat ili ərzində" sözləri və "yönəldilərək" sözündən sonra ", il ərzində" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə