Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası"nda dəyişikliklər edilməsi haqqında

11.10.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 424

Bakı şəhəri, 11 oktyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 644-VQD nömrəli Qanununun tətbiqi və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2017-ci il 1 may tarixli 1355 nömrəli Fərmanının 1.2-ci bəndinin və "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 575) ilə təsdiq edilmiş "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.1. Bu Qayda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 90-1-ci maddəsinə əsasən hazırlanmışdır və miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi xəzinə hesabına (bundan sonra - xüsusi xəzinə hesabı) keçirilən xüsusi vəsaitdən istifadə qaydasını müəyyən edir.".

2. 3.2-ci bənddə və 3.3-cü bəndin düsturunda "25" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin.

Azərbaycan Respublikasının  Baş naziri Artur Rasi-zadə