Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

11.10.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 421

Bakı şəhəri, 11 oktyabr 2017-ci il

"Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1469 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 897) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Həmin siyahılara daxil edilən qoruqların sərhədləri və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin ("İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müəyyən edilir.".

2. 3-cü hissə üzrə:

2.1. 3.3-cü bənddə "Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların" sözləri "Qoruqların mühafizə zonaları və" sözləri ilə əvəz edilsin;

2.2. 3.4-cü bənddə "Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonalarını və qoruqların" sözləri "Qoruqların mühafizə zonalarını və" sözləri ilə əvəz edilsin.

3. 9.3-cü bəndə "obyektlərinin" sözündən sonra "("İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)" sözləri əlavə edilsin və "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə