Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarında.dəyişiklik edilməsi haqqında

12.09.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 369

Bakı şəhəri, 12 sentyabr 2017-ci il

"Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarında.dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 885) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Vergi partnyorluğu Sazişinin forması"nın 3.2.1-ci yarımbəndinə "səyyar vergi yoxlamaları," sözlərindən sonra "o cümlədən elektron audit," sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə