Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

20.06.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 266

Bakı şəhəri, 20 iyun 2017-ci il

Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

"Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərma­nının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəa­liy­yəti növləri müəyyən edilsin:

1. təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;

2. elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;

3. kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;

4. məsləhət-konsaltinq xidmətləri;

5. ödənişli laboratoriya testləri və sınaq işləri;

6. layihə və müsabiqə sənədlərinin hazırlanması;

7.  elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;

8. informasiya xidmətləri;

9. sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi;

10. elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə