Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

20.06.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 265

Bakı şəhəri, 20 iyun 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1950) ilə təsdiq edilmiş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları"nın 4.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.".

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə