Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

09.06.2017

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 255

Bakı şəhəri, 9 iyun 2017-ci il

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1153 nömrəli Fərmanının 5.2-ci və 5.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan  Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR:

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından və 1-ci hissəsindən "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə"," və "və təhsil müəssisələrinin" sözləri  çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları" üzrə:

2.1. 1.1-ci bənddə "kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin" sözləri "kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;

2.2. 1.3.1-ci yarımbənddən ", habelə təhsil müəssisələrinin" və "və təhsil müəssisələrinin" sözləri çıxarılsın;

2.3. 1.3.2-ci yarımbəndə "şəxslərinin" sözündən sonra "və publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.4. 2.3.5-ci yarımbənddə "habelə təhsil müəssisələrinə," sözləri "publik hüquqi şəxslərə" sözləri ilə əvəz edilsin;

2.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

 "2.4. Kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin reyestr məlumatlarının daşıyıcıları olan dövlət reyestr kitabları, "Reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər" kitabları, "Arxiv sənədlərinin uçotu" kitabları və əvvəllər başqa orqanlarda qeydiyyata alınmış hüquqi şəxslərin uçot kitabları da dövlət reyestrinin tərkibinə daxil edilir.";

2.6. 3.1.5-ci yarımbəndə "kommersiya qurumları" sözlərindən sonra "və publik hüquqi şəxslər" sözləri əlavə edilsin və həmin yarımbənddən "və təhsil müəssisəsinin" sözləri çıxarılsın;

2.7. aşağıdakı məzmunda 3.2.2-1-ci yarımbənd əlavə edilsin:

 "3.2.2-1. publik hüquqi şəxsdə - nizamnamə fondunun miqdarı, təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;";

2.8. 4.2-ci bəndin birinci cümləsindən, 4.3-cü və 4.4-cü bəndlərdən, 4.5-ci bəndin birinci cümləsindən, 4.6-cı və 4.7-ci bəndlərdən, 4.8-ci bəndin birinci cümləsindən, 4.9-cu bənddən, 4.10-cu bəndin birinci abzasından, 4.11-ci bəndin birinci abzasının birinci cümləsindən, 4.12-ci bəndin birinci cümləsindən, 4.13-cü bəndin ikinci cümləsindən, 4.15.1-ci, 4.15.2-ci, 5.2.3-cü yarımbəndlərdən, 5.4-cü bənddən, 6.8-ci bəndin birinci cümləsindən, 8.4-cü və 8.6-cı bəndlərin birinci cümlələrindən ismin müvafiq hallarında "və təhsil müəssisələri" sözləri çıxarılsın;

2.9. 4.2-1-ci bənd üzrə:

2.9.1. birinci və dördüncü cümlələrə "qurumlarının" sözündən sonra ", publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.9.2. üçüncü cümləyə "kitabı"nın" sözündən sonra ", "Publik hüquqi şəxslərin dövlət reyestr kitabı"nın" sözləri əlavə edilsin;

2.10. 4.4-1-ci bəndin birinci cümləsinə "qurumları" sözündən sonra "və publik hüquqi şəxslər" sözləri, "qurumuna" sözündən sonra "və publik hüquqi şəxsə" sözləri əlavə edilsin;

2.11. 4.6-1-ci bəndə "kitabı"nın" sözündən sonra ", "Publik hüquqi şəxslərin dövlət reyestr kitabı"nın" sözləri əlavə edilsin;

2.12. 4.8-1-ci bəndə "kitabı"nda" sözündən sonra ", "Publik hüquqi şəxslərin dövlət reyestr kitabı"nda" sözləri əlavə edilsin;

2.13. 4.9-cu bəndə "kommersiya qurumları" sözlərindən sonra "və publik hüquqi şəxslər" sözləri əlavə edilsin;

2.14. 4.10-cu bəndin "E", "J" və "G" yarımbəndləri ləğv edilsin;

2.15. 4.13-cü bənd üzrə:

2.15.1. birinci cümlədə "Kommersiya və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət" sözləri "Dövlət" sözü ilə əvəz edilsin;

2.15.2. üçüncü cümləyə "şəxslərinin" sözündən sonra ", publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.16. 4.15.2-ci yarımbəndin ikinci cümləsinə "şəxslərinin" sözündən sonra "və publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.17. 5.2.3-cü yarımbəndə "şəxslərinin" sözündən sonra "və publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.18. 5.3-1-ci bəndin birinci cümləsinə "şəxslərinə" sözündən sonra ", publik hüquqi şəxslərə" sözləri əlavə edilsin;

2.19. 6.7-ci bənddən "və təhsil müəssisələri (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)" sözləri çıxarılsın;

2.20. 6.8-ci bəndin birinci cümləsindən "(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)" sözləri çıxarılsın;

2.21. 6.8-1-ci bənd üzrə:

2.21.1. birinci abzasa "Kommersiya hüquqi şəxsinin," sözlərindən sonra "publik hüquqi şəxsin" sözləri əlavə edilsin;

2.21.2. ikinci abzasa "kommersiya hüquqi şəxslərinin," sözlərindən sonra "publik hüquqi şəxslərin"  sözləri əlavə edilsin;

2.21.3. üçüncü abzasa "kommersiya hüquqi şəxsinin," sözlərindən sonra "publik hüquqi şəxsin" sözləri əlavə edilsin;

2.22. 8.3-cü bəndin birinci cümləsindən "və təhsil müəssisəsinin" sözləri çıxarılsın;

2.23. 8.4-cü bəndin dördüncü cümləsinə "kommersiya qurumlarının" sözlərindən sonra ", publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.24. 9-cu hissənin mətnindən sonra aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

 "Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.".

3. Həmin qərarla təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın adından "və təhsil müəssisələrinin" sözləri çıxarılsın.

4. Həmin qərarla təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" üzrə:

4.1. adından, 1-ci və 2-ci hissələrindən "və təhsil müəssisələrinin" sözləri çıxarılsın;

4.2. 1 nömrəli əlavə - "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən Çıxarış" üzrə:

4.2.1. adından "və təhsil müəssisələrinin" sözləri çıxarılsın;

4.2.2. 13-1-ci, 13-2-ci və 13-3-cü hissələr ləğv edilsin;

4.3. 2 nömrəli əlavə - "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən Çıxarış" üzrə:

4.3.1. adından "və təhsil müəssisələrinin" sözləri çıxarılsın;

4.3.2. 13-1 - 13-6-cı hissələr ləğv edilsin.

5. Həmin qərara əlavələr - "Təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə", "Təhsil müəssisəsinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında Şəhadətnamə", "Xarici təhsil müəssisəsinin nümayəndəliyinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə", "Xarici təhsil müəssisəsinin nümayəndəliyinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında Şəhadətnamə", "Xarici təhsil müəssisəsinin filialının dövlət qeydiyyatı haqqında Şəhadətnamə", "Xarici təhsil müəssisəsinin filialının adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında Şəhadətnamə" ləğv edilsin.

6. Həmin qərarla təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları bölməsi"nin adından "və təhsil müəssisələrinin" sözləri çıxarılsın.

7. Həmin qərarla təsdiq edilmiş "Qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestri"nin formasından sonra "Publik hüquqi şəxslərin dövlət reyestri"nin forması əlavə edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 iyun tarixli 255 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

 

Publik hüquqi şəxslərin dövlət reyestri

 

Qeydiyyat nömrəsi (VÖEN) _____________     

Qeydiyyata alındığı tarix _______________

Kitabın nömrəsi_____________

Kitabdakı sıra nömrəsi____________

Maliyyə ilinin ləğvedilmə tarixi____________

 

 

Sıra nömrəsi

Publik hüquqi şəxsin adı

Faktın qeydə alındığı tarix

A

B

C

 

 

 

 

 

 

 

Sıra nöm-rəsi

Hüquqi ünvanı

Hüquqi varislik

Filial, nümayəndəlik və digər qurumlar haqqında məlumat

Qanuni təmsilçilər

Direktorlar Şurasının

(müşahidə şurasının) üzvləri

Nizamnamə fondunun miqdarı

Təsisçilərin adı və verdikləri əmlakın miqdarı

Faktın qeydə alındığı tarix

1

2

3

4

5

6

7

8

9