Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

17.05.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 212

Bakı şəhəri, 17 may 2017-ci il

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli rarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461, № 10, maddə 1217, № 11, maddə 1418) aşağıdakı dəyişikliklər edilsin:

1. 1 nömrəli əlavə - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "1500 metrdən 2000 metrədək" sütununun "Goranboy rayonu" bölməsinə "Buzluq k." sətrindən sonra "Yuxarı Ağcakənd kəndi" sətri əlavə edilsin.

2. 2 nömrəli əlavə - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı" üzrə:

2.1. "Goranboy rayonu" bölməsinə "Rus Borisi k." sətrindən sonra "Erkeç kəndi", "Mənəşli kəndi" və "Todan kəndi" sətirləri, "Quba rayonu" bölməsinə "Muçu kəndi" sətrindən sonra "Afurca kəndi", "Atuc kəndi", "Güləzi kəndi", "Dalaqo kəndi", "Ruçuq kəndi", "Ördüc kəndi" və "Xırt kəndi" sətirləri, "Göygöl rayonu" bölməsinə "Qarabulaq kəndi" sətrindən sonra "Quşçu kəndi" sətri əlavə edilsin;

2.2. "Yardımlı rayonu" bölməsində "Daşkənd k." sözləri "Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov