Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

17.05.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 209

Bakı şəhəri, 17 may 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 aprel tarixli 146 nömrəli və 25 aprel tarixli 166 nömrəli qərarları) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 3.3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.".

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov