Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

18.04.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 155

Bakı şəhəri, 18 aprel 2017-ci il

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarının 1-ci hissəsində "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim" sözləri "müəyyən" sözü ilə əvəz edilsin.X2

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə