Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında

15.03.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 92

Bakı şəhəri, 15 mart 2017-ci il

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Sumqayıt şəhərindəki dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 (on) ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan 300000 (üç yüz min) manat vəsait ayrılsın.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə