Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

14.03.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 90

Bakı şəhəri, 14 mart 2017-ci il

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 16-cı hissəsinə əsasən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1152; 2007, № 6, maddə 702; 2010, № 5, maddə 472; 2012, № 4, maddə 390; 2016, № 5, maddə 966 ) 1-ci hissəsinin "Kollegiyanın üzvləri" bölməsində "İbrahimov Oqtay Vahib oğlu - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri" sözləri "Rəhmətullayeva Ceyran Arif qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri" sözləri ilə və "Rəhmətullayeva Ceyran Arif qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının regional mərkəzlərlə iş şöbəsinin müdiri" sözləri "Həsənov Zöhrab Məhyəddin oğlu - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının regional mərkəzlərlə iş şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə