Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

«Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında

23.09.2009

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 149

Bakı şəhəri, 23  sentyabr  2009-cu il

«Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi  barədə»  Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №10, maddə 866; 2006-cı il, №3, maddə 303, №5 maddələr 463,468, №8, maddə 731, №9, maddə 822, №11, maddə 994; 2007-ci il, №1, maddə 50, №10, maddə 1021, №12, maddələr 1343, 1352; 2008-ci il, №2, maddə 130, №4, maddə 308, №10, maddə 936; 2009-cu il, №1, maddələr 22, 32, №2, maddələr 144, 150) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. «Büdcə xərclərinin funksional təsnifatı» adlı 2 nömrəli əlavə-sində 1.2.0. «Beynəlxalq təşkilatlara üzvlük haqqı» köməkçi bölməsi və paraqrafları aşağıdakı redaksiyada verilsin:

«1.2.0. «Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı»;

«1.2.1. «Beynəlxalq maliyyə-kredit təşkilatlara»;

«1.2.2. «Beynəlxalq ictimai-siyasi təşkilatlara»;

«1.2.3. «Digər beynəlxalq fəaliyyət».

 1.2.  «Büdcə xərclərinin funksional təsnifatına əlavə»nin izahat hissəsi üzrə: 

1.2.1. 1.2.0. «Beynəlxalq təşkilatlara üzvlük haqqı» köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin:

«1.2.0. «Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı» köməkçi bölməsi «1.2.1. Beynəlxalq maliyyə-kredit təşkilatlara», «1.2.2. Beynəlxalq ictimai-siyasi təşkilatlara» və  «1.2.3. «Digər beynəlxalq fəaliyyət» paraqrafından ibarətdir və Azərbaycan Respublikasının beynəlxalq fəaliyyətinin maliyyələşdirilməsi və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri bu paraqrafların xərclərinə daxildir»;

1.3. «Büdcə xərclərinin iqtisadi təsnifatına əlavə»nin izahat hissəsi üzrə:  

1.3.1. 221100. «Dəftərxana və təsərrüfat xərcləri» paraqrafında «dəftərxana ləvazimatlarının» sözləri «dəftərxana və təsərrüfat ləvazimatlarının» sözləri ilə əvəz edilsin;

1.3.2. 221300. «İdarənin digər xərcləri» paraqrafı aşağıdakı redaksiyada verilsin:

«221300. «İdarənin digər xərcləri» paraqrafında idarədə işlənilən bütün növ mal və materialların alınması (221100-cü və 221200-cü paraqraflarında nəzərdə tutulanlardan başqa), həmçinin idarənin mühafizə xərcləri, əmlakın cari təmiri xərcləri daxildir. Bu paraqraf        3 maddədən ibarətdir.»;

1.3.3. 221310. «İdarənin xərcləri» maddəsindən «,həmçinin qiyməti 100 manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 100 manatdan çox və xidmət müddəti  1 ildən az olan əşya və  avadanlıqların» sözləri çıxarılsın;

1.3.4. 224200. «Qaz haqqının ödənilməsi» paraqrafı aşağıdakı redaksiyada verilsin:

«224200. «Qaz haqqının ödənilməsi» paraqrafına istifadə olunan qazın və maye qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.»;

1.3.5. 224100. «Elektrik enerjisi haqqının ödənilməsi» və 224300. «Su haqqının ödənilməsi» paraqraflarından «dövlət idarələrində» sözləri çıxarılsın;

1.3.6. 225300. «Ərzaq məhsullarının alınması» paraqrafında «həmçinin» sözündən sonra «hərbi qulluqçulara (xüsusi rütbəlilərə),» sözləri əlavə edilsin;

1.3.7. 225411. «İnventarın alınması» yarımmaddəsində «inventar-ların alınması,» sözlərindən sonra «yeməkxana və mətbəx inventarları, pərdə və jalüz alınması,» sözləri əlavə edilsin;

1.3.8. 225412. «Avadanlığın alınması» yarımmaddəsində birinci halda «avadanlıqların alınması» sözlərindən sonra «və istismarı» sözləri əlavə edilsin;

1.3.9. 225413.  «Digər alışlar  və  xidmətlər»  yarımmaddəsində «büst və heykəllərin layihələşdirilməsi və hazırlanması» sözlərindən sonra  «suvenirlərin və hədiyyələrin alınması» sözləri əlavə edilsin, «idman atları üçün yem tədarükü və alınması» sözləri «idman atları, iş heyvanları və digər heyvanların saxlanılması üçün yem tədarükü və alınması» sözləri ilə, «və təhsil məşğələləri üçün inventarların alınması,» sözləri «və musiqi alətlərinin alınması,»  sözləri ilə, «kitabçalarının və» sözləri «doğum, ölüm şəhadətnamələrinin alınması,» sözləri ilə əvəz edilsin, «dövri mətbuatın alınması,» sözlərindən sonra «mətbuatda elan, bildiriş və reklamın verilməsi,» sözləri, «arxiv materiallarından istifadə edilməsi» sözlərindən sonra «və arxivə verilmiş sənədlərə xidmət haqqının ödənilməsi,» sözləri, «materialların alınması,» sözlərindən sonra «ölçmə vasitələrinə xidmətlə bağlı xərclərin ödənilməsi,» sözləri əlavə edilsin;

1.3.10. 274830. «Digər müavinət və transfertlər» maddəsində «zərərin ödənilməsi,» sözlərindən sonra «işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət,» sözləri əlavə edilsin;   

 1.3.11. 282100. «Sair xərclər» paraqrafında «istehsal təcrübə-sinin» sözləri «istehsal təcrübəsi keçirilməsinə görə vəsaitin» sözləri ilə əvəz edilsin,  «toplantılarının keçirilməsi, şagirdlərin» sözlərindən sonra «və tələbələrin» sözləri, «gətirilməsi və saxlanılması» sözlərindən sonra «xərcləri, ümumtəhsil fondu hesabına aparılan xərclər» sözləri, «həlak olanların»  sözlərindən əvvəl «nəqliyyatın bütün növlərindən (taksidən başqa) istifadə edilməsi ilə əlaqədar ödənilən məbləğ,» sözləri, «yerləşən ümumtəhsil məktəblərində» sözlərindən sonra «və səhiyyə müəssisələrində» sözləri əlavə edilsin, «Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlik, konsulluq və nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması» sözləri «Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması, xarici ezamiyyələr üçün viza, müxtəlif rüsum və ödənclərlə bağlı xərclər» sözləri ilə, «məktəblərinin pedaqoji ixtisaslar» sözləri «məktəblərinin pedaqoji və tibb ixtisasları» sözləri ilə əvəz edilsin, «Daşınmaz» sözü çıxarılsın;

1.3.12. 311310. «Kənd təsərrüfatı texnikası və toxumları» maddəsindən «saxlanılması,» sözü çıxarılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, «Azərbaycan Respublikasının vahid büdcə təsnifatı»nda edilən dəyişikliklərin aidiyyəti təşkilatlara çatdırılmasını təmin etsin.

3. Bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə