Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

02.11.2017

M Ə L U M A T

  

Noyabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Səmimilik şəraitində keçən görüşdə regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan  iqtisadiyyatının Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etdiyi məmnunluqla vurğulanaraq, habelə Azərbaycanla Montoneqro arasında iqtisadi-mədəni əməkdaşlığın inkişafı üçün də böyük potensialın olduğu qeyd edildi. Xüsusən qeyri-neft sektorunda, nəqliyyat, sənaye, sərmayə qoyuluşu, infrastruktur, turizm, ticarət və humanitar sferalarda   müştərək fəaliyyətin genişləndirilməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğu bildirildi. Bu baxımdan hökumət qurumlarının və özəl biznes təmsilçilərinin qarşılıqlı səfərlərinin, təcrübə mübadiləsinin, birbaşa işgüzar əlaqələr yaradılmasının faydalı əməkdaşlığın inkişafına təkan verəcəyi qeyd edildi. Ölkələrimiz arasında bir çox istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün münbit şəraitin olduğu nəzərə alınmaqla, yeni müştərək layihələr üzərində çalışmağın səmərəli olacağı bildirildi. 

Söhbət zamanı təcavüzkar separatizm meyllərinin bütün dünyada sülhə və əmin-amanlığa böyük təhlükə olduğunu vurğulayan tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini  bildirdilər. 

Qəbulda Azərbaycan və Monteneqro arasında əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında  geniş  fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti