Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

24.10.2017

M Ə L U M A T  

  Oktyabrın 24-də  Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə  səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti  Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

 Pan-Afrika Parlamenti prezidentinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlığımızın uğurlu başlanğıcı olacağına əminliyini bildirən Baş nazir Artur Rasi-zadə, Azərbaycanla Afrika İttifaqı arasında əlaqələrin davamlı inkişafı üçün iqtisadi-ticarət  və mədəni-humanitar sahələrdə geniş potensialın mövcudluğunu qeyd etdi.  Baş nazir Azərbaycan və Afrika İttifaqı ölkələri arasında işgüzar əlaqələrin qurulması baxımından zəruri hüquqi bazanın yaradılması ilə yanaşı, iş adamlarının iştirakı ilə  biznes forumların, konfransların, müxtəlif sərgilərin təşkilinin də vacib olduğuna diqqəti yönəltdi.

  Ölkəmizlə hərtərəfli əməkdaşlığa maraq göstərdiklərini deyən Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq, səfər çərçivəsində keçirilən görüşlər  barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verdi. O, xüsusən Azərbaycanın brendi olan "ASAN xidmət" modeli ilə tanışlıq zamanı orada yaradılmış şəraitin və nümunəvi iş prinsipinin nümayəndə heyətində böyük maraq doğurduğunu dedi. Vaxtilə yüzlərlə afrikalının Azərbaycanda ali təhsil aldığını minnətdarlıqla xatırladan qonaq, hazırda Bakıda təhsil alan Afrikalı tələbələrlə görüşdən, tədris komplekslərində onlara yaradılan şəraitlə tanışlıqdan məmnun qaldıqlarını bildirdi.

 Qəbulda bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti