Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

19.07.2017

 

M Ə L U M A T 

           İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistan Respublikası Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.

           Qəbul zamanı Azərbaycanla Türkmənistan arasında  çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinin müasir dövrdə yüksək səviyyədə davam etdiyindən   məmnunluğunu bildirən hər iki tərəf əlaqələrimizin daha da  möhkəmləndirilməsi üçün böyük perspektivlərin olduğuna diqqəti yönəltdilər.  İqtisadiyyatın bir çox sahələri üzrə - energetika, kənd təsərrüfatı, qeyri-neft sektoru, xüsusən, tarixi ticarət yollarının bizim ölkələrin ərazisindən keçdiyini nəzərə alaraq nəqliyyat, sərnişin və yükdaşımalar sahəsində birgə layihələrin işlənməsinin mümkünlüyü  vurğulandı.

           Bakıda keçirilən Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin növbəti dördüncü görüşünün ənənəvi əməkdaşlıq formatı kimi əlaqələrin möhkəmlənməsinə, regional  məsələlərin müzakirəsinə və beynəlxalq müstəvidə qarşılıqlı fəaliyyətin təmin olunmasına xidmət edən səmərəli tədbir kimi qiymətləndirən tərəflər, görüşün yekun  bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa mənfi təsir  edən, ümumən təhlükəsizliyə təhdid olan vəziyyət kimi tezliklə aradan qaldırılmasının, problemin hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğuladılar.   

           Səmimilik şəraitində keçən söhbət zamanı qardaş Türkmən və Azərbaycan xalqlarının mövcud səmərəli əməkdaşlığı nəzərə alınmaqla, qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq dövlət və özəl qurumlar arasında münasibətlərin intensivləşdirilməsinin zəruriliyi qeyd edildi.

           Qəbulda əlaqələrimizin perspektivinə dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

 

 

Nazirlər Kabinetinin  
Mətbuat xidməti