Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

19.06.2017

M Ə L U M A T

  İyunun 19-da Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 Baş nazir  Artur Rasi-zadə hələ Sovetlər Birliyi zamanında Azərbaycanla Laos arasında yaxşı əlaqələrin olduğunu xatırladaraq, müasir dövrdə əməkdaşlığımızın dirçəldilməsi üçün zəruri hüquqi bazanın və qarşılıqlı faydalı əsaslar üzərində işbirliyinin yaradılmasının vacibliyini nəzərə çatdırdı. Hər iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayan Artur Rasi-zadə, bu baxımdan Laos tərəfinin irəli sürdüyü bütün təkliflərə müsbət yanaşıldığını, xüsusən, qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, turizm, təhsil və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını dedi.

 Daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi   barədə ətraflı məlumat verən Baş nazir bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışaraq, münaqişənin yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğuladı.  

 Laosda insan resurslarının inkişafına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasiti gələcək əməkdaşlıq üçün dövlət və özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin müsbət  təsir  göstərəcəyinə əminliyini bildirdi.    

 Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti