Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

17.03.2017

M Ə L U M A T

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə V Qlobal Bakı Forumunda  iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Fələstin Dövlətinin Baş nazirinin müavini Ziyad Abu Amrı qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında yaxşı siyasi əlaqələrin olduğunu deyən Baş nazir Artur Rasi-zadə, eyni zamanda digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün imkanların olduğuna diqqəti yönəltdi. O xüsusən, iqtisadi, humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün müvafiq hüquqi bazanın yaradılmasının  zəruriliyini vurğuladı.

Dünyada gedən mühüm iqtisadi-siyasi-hərbi proseslər və regional məsələlər ətrafında  fikir mübadiləsi aparılarkən, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir Artur Rasi-zadə, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha xatırlatdı. 

          V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Fələstin Dövlətinin Baş nazirinin müavini Ziyad Abu Amr, qısa dövr ərzində Azərbaycan Respublikasının həqiqətən çox böyük  inkişaf yolu  keçdiyinin bilavasitə şahidi  olduğunu dedi. Daha sonra o, Fələstin Dövlətinin hər zaman beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini və işğal altındakı  torpaqların tezliklə sülh yolu ilə azad olunacağlına əminliyini bildirdi. Sonda qonaq Bakıda keçirilən Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti