Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

01.11.2016

M Ə L U M A T 

   Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakıda keçirilən VII  Azərbaycan-Rusiya Regionlararası Forumun nümayəndələrini qəbul etmişdir.

   Postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun artıq yaxşı ənənəyə çevrildiyini deyən Rusiyalı qonaqlar belə tədbirlərin  ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik yaratdığını vurğuladılar. Forumun gedişi barədə Azərbaycanın Baş nazirinə məlumat verən qonaqlar bildirdilər ki, tədbirin rəsmi açılışından sonra, Sənaye, Turizm, Aqrar, Humanitar bölmələr üzrə "Dəyirmi masa"larda davam edən müzakirələr zamanı konkret istiqmətlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirildi. Hər iki ölkə rəsmilərinin iştirak etdiyi tədbirə həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların da qatılmasını səmərəli təcrübə adlandıran qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdilər.

  Azərbaycan iqtisadiyyatının uğurları, qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə qonaqlara məlumat verən Baş nazir Artur Rasi-zadə, habelə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Baş nazir vurğuladı ki, bütün səylərə baxmayaraq işğalçı  Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxlaq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur. Çıxışının sonunda o, Forum iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq əmin olduğunu bildirdi ki, əvvəlki illərdə keçirilən forumlar kimi, bu Forum da Azərbaycan-Rusiya iqtisadi-humanitar əlaqələrinin inkişafını stimullaşdıracaqdır.

  Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.  

Nazirlər Kabinetinin

Mətbuat Xidməti