Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir
Martın 9-da Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşalı həmkarını Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Polşanın Baş nazirinə gül-çiçək dəstəsi təqdim etdilər.
Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Donald Tusk və Artur Rasi-zadə arasında qısa protokol söhbəti oldu.
AzərTAc