Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

M Ə L U M A T

04.03.2010

M Ə L U M A T

 Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saxayı və  Ninke Omesi  qəbul  etmişdir.

Səmimi qəbula görə Baş nazir Artur Rasi-zadəyə minnətdarlığını bildirən qonaqlar dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirlərinə uğurla davam gətirdiyini xüsusi məmnunluqla  vurğulamışlar. Onlar 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin dünyada ən yüksək göstəricilərdən biri olduğunu qeyd edərək, hökumətin qabaqlayıcı tədbirləri sayəsində inflasiya səviyyəsinin kəskin azaldığını,  yoxsulluq həddinin 13 %-dən 11 %-ə endiyini, sosial xərclərin artırıldığını müsbət tendensiya kimi dəyərləndirmişlər. Bununla yanaşı qeyri-neft sektorunda ÜDM artımının qorunub saxlandığı da nəzərə çatdırılmışdır.

Görüşdə  dünya iqtisadi sisteminin strukturu, institusional və idarəetmə islahatlardakı irəliləyişlər və perspektivlər, habelə özəl sektorun fəaliyyəti, xösusən qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və neft fondu resurslarından səmərəli istifadə planları da müzakirə olunmuşdur.

Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat xidməti