Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Yükləmələr

Java pdf flash

Azərbaycan ilə Polşa dövlətlərarasi əlaqələrin genişləndirilməsində, ikitərəfli münasibətlərin inkişafinda maraqlidirlar

26.11.2009

Azərbaycan ilə Polşa dövlətlərarasi əlaqələrin genişləndirilməsində, ikitərəfli münasibətlərin inkişafinda maraqlidirlar

 Noyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Polşanın milli müdafiə naziri Boqdan Klixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 Baş nazir A.Rasi-zadə Azərbaycan ilə Polşa arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, dövlət başçılarının intensiv və məhsuldar qarşılıqlı səfərləri və görüşləri buna zəmin yaratmışdır. Əminəm ki, sizin də Azərbaycana səfəriniz əməkdaşlığımızın inkişafına öz töhfələrini verəcəkdir. Azərbaycan Polşa ilə hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.

İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının artırılmasının vacibliyini diqqətə çarpdıran Baş nazir, bunun üçün hər cür şəraitin olduğunu vurğulamışdır.

 Səmimi qəbula görə təşəkkürünü bildirən Boqdan Klix demişdir ki, hazırda Azərbaycan və Polşa dinamik inkişaf edən ölkələrdir. Keçirdiyi görüşlər barədə məlumat verən qonaq bildirmişdir ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşündə birgə ekspertlər qrupunun yaradılması təklifi irəli sürülmüşdür.

Boqdan Klix Polşanın xarici işlər naziri Radoslav Sikorskinin də yaxın zamanlarda Azərbaycana səfər edəcəyini diqqətə çatdırmış, bütün bu səfərlərin dövlətlərarası əlaqələrin daha da genişlənməsinə, ikitərəfli münasibətlərin, əməkdaşlığın inkişafına güclü təkan verəcəyinə əminliyini vurğulamışdır.

 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski iştirak etmişdir.  AzərTAc.