20.07.2010
| İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. |
16.07.2010
| İyulun 16-da Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ilə görüşmüşdür. |
01.07.2010
| İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. |
30.06.2010
Azərbaycan və Albaniya bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdırlar.Bu fikir iyunun 29-da Azərbaycanın Baş naziri Artur Rasi-zadənin ölkəmizdə səfərdə olan Albaniya parlamentinin sədri xanım Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənmişdir. |
24.06.2010
| Avstriya Azərbaycanla bütün sahələrdə əlaqələri intensivləşdirməkdə maraqlıdır. Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin ölkəmizdə səfərdə olan Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənmişdir. |